Ana Sayfa > Xəbər > Azərbaycanlı müğənninin "Göy Təyyarə"si
Azərbaycanlı müğənninin "Göy Təyyarə"si25-01-2016, 13:50. Yazar: admin |
Bu gün Bakıda Milli aviadaşıyıcı"Azərbaycan Hava Yolları" (AZAL) baş rolda məşhur azərbaycanlı müğənni Miri Yusifin çəkildiyi “Göy təyyarə” adlı musiqili videoçarx hazırlayıb. ANS PRESS-in məlumatına görə, videoçarxda müğənni böyük şöhrət qazanmış "Ağ Təyyarə" kompozisiyana uyğunlaşdırılan versiyanı ifa edir. Videoçarx Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində çəkilib. "Azərbaycan Hava Yolları"-nın öz işinə peşəkar yanaşması və yüksək xidmət səviyyəsi ölkənin qürurudur. AZAL-dan dəvət almaq mənim üçün böyük şərəf idi", - deyə Miri Yusif qeyd edib. Miri Yusif - "Göy Təyyarə" Miri Yusif ifaçı olmaqla yanaşı bəstəkar və rəssamdır. Mirbabayev Miri Yusif Mir Heydər oğlu, 27 oktyabr 1977-ci ildə Bakı şəhəri 8-ci kilometr qəsəbəsində anadan olub. Ondan böyük qardaşı və kiçik bacısı var. Ailəlidir və 1 qızı var. Geri dön |