Azərbaycan gəmiçiliyi Xəzərdə daşımalara əlavə bərə cəlb edib
Tarix: 25-01-2016, 12:37 | Çap et
Azərbaycan gəmiçiliyi Xəzərdə daşımalara əlavə bərə cəlb edib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin daha bir bərəsi – “Merkuri-1” gəmisi də Transxəzər istiqamətində yük avtomobillərinin daşınmasına cəlb olunub.

Trend-in QSC-yə istinadən verdiyi məlumata görə, gəmi dokda baxışdan və müvafiq təmir işlərindən sonra istismara buraxılıb.

Beləliklə, istismarda olan bərələrin və Ro-Ro gəmilərinin sayı 14-ə çatdırılıb. Hazırda Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı xətlərinin hər birində 6 bərə və 1 Ro-Ro gəmisi dəmiryol vaqonları və təkərli texnika daşıyır.

Gəmi-bərələrin səfərləri barədə, o cümlədən limandan çıxış və təyinat limanına gəliş vaxtları haqqında məlumatlar mütəmadi olaraq onlayn rejimdə Gəmiçiliyin veb-saytında yerləşdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net