Ana Sayfa > Xəbər > Azərbaycan gəmiçiliyi Xəzərdə daşımalara əlavə bərə cəlb edib
Azərbaycan gəmiçiliyi Xəzərdə daşımalara əlavə bərə cəlb edib25-01-2016, 12:37. Yazar: admin |
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin daha bir bərəsi – “Merkuri-1” gəmisi də Transxəzər istiqamətində yük avtomobillərinin daşınmasına cəlb olunub. Trend-in QSC-yə istinadən verdiyi məlumata görə, gəmi dokda baxışdan və müvafiq təmir işlərindən sonra istismara buraxılıb. Beləliklə, istismarda olan bərələrin və Ro-Ro gəmilərinin sayı 14-ə çatdırılıb. Hazırda Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı xətlərinin hər birində 6 bərə və 1 Ro-Ro gəmisi dəmiryol vaqonları və təkərli texnika daşıyır. Gəmi-bərələrin səfərləri barədə, o cümlədən limandan çıxış və təyinat limanına gəliş vaxtları haqqında məlumatlar mütəmadi olaraq onlayn rejimdə Gəmiçiliyin veb-saytında yerləşdirilir. Geri dön |