“Hazırda Ermənistanda 31 siyasi məhbus var” – Raffi Ovannesyan
Tarix: 22-01-2016, 11:56 | Çap et
“Hazırda Ermənistanda 31 siyasi məhbus var” – Raffi Ovannesyan
“31 siyasi məhbusun 14-nə hələ də məhkəmə hökm oxumayıb”.

Hafta.az-ın aravot.am-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistandakı İrs Partiyasının sədri Raffi Ovannesyan deyib. Partiya sədri bildirib ki, işğalçı ölkədənin 31 siyasi məhbusundan 6-sı onların partiyasının fəallarıdır:

“6 üzvümüz hələ də siyasi məhbus olaraq İrəvan türmələrində çürüdülür. Ümumilikdə ölkədə 31 siyasi məhbus var. Hətta onlardan ikisinin əsas peşəsi jurnalistdir. Həm də siyasi fəaliyyətləri var. 14 nəfər isə 2008-ci il hadisələrinə görə tutulanlardır ki, həmin məhbuslara səkkiz ildir hökm oxunmayıb. Bu hakim rejimin ən böyük cinayətlərindən biridir. 8 il hökm oxumadan heç bir ölkədə insanları həbsxanada saxlamırlar. Biz dərhal onların azadlığa çıxarılmasını tələb edirik. Təəssüf ki, Qərb də Sarkisyana bu məsələdə təsir göstərməkdə maraqlı deyil”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net