Ana Sayfa > Xəbər > “Hazırda Ermənistanda 31 siyasi məhbus var” – Raffi Ovannesyan
“Hazırda Ermənistanda 31 siyasi məhbus var” – Raffi Ovannesyan22-01-2016, 11:56. Yazar: admin |
“31 siyasi məhbusun 14-nə hələ də məhkəmə hökm oxumayıb”. Hafta.az-ın aravot.am-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistandakı İrs Partiyasının sədri Raffi Ovannesyan deyib. Partiya sədri bildirib ki, işğalçı ölkədənin 31 siyasi məhbusundan 6-sı onların partiyasının fəallarıdır: “6 üzvümüz hələ də siyasi məhbus olaraq İrəvan türmələrində çürüdülür. Ümumilikdə ölkədə 31 siyasi məhbus var. Hətta onlardan ikisinin əsas peşəsi jurnalistdir. Həm də siyasi fəaliyyətləri var. 14 nəfər isə 2008-ci il hadisələrinə görə tutulanlardır ki, həmin məhbuslara səkkiz ildir hökm oxunmayıb. Bu hakim rejimin ən böyük cinayətlərindən biridir. 8 il hökm oxumadan heç bir ölkədə insanları həbsxanada saxlamırlar. Biz dərhal onların azadlığa çıxarılmasını tələb edirik. Təəssüf ki, Qərb də Sarkisyana bu məsələdə təsir göstərməkdə maraqlı deyil”. Geri dön |