Dəmirdaşın sağ əli həbs olundu
Tarix: 22-01-2016, 10:52 |
Çap et
İstanbulda PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Axar.az xəbər verir ki, şəhərin ayrı-ayrı nöqtələrində keçirilən əməliyyat zamanı 32 nəfər saxlanılıb.
Axtarış zamanı 60 min türk lirəsi, 1 milyon 250 min lirəlik hesab dəftəri, xeyli vəsait və sənəd tapılıb.
Saxlanılan şəxslər arasında HDP və BDP-nin ümumi xəzinədarı Zəki Çelik də var.
Bu arada PKK-nın əsas maliyyə qaynağı olan neft qaçaqmalçılığına qarşı Mardin və Diyarbəkirdə əməliyyat təşkil olunub. Həmin ərazilərdən keçən BOTAŞ xəttindən 2 milyon 176 min 525 türk lirəsi həcmində neft oğurlayan 18 nəfərdən ibarət qrup zərərsizləşdirilib.