Ana Sayfa > Xəbər > Dəmirdaşın sağ əli həbs olundu
Dəmirdaşın sağ əli həbs olundu22-01-2016, 10:52. Yazar: admin |
İstanbulda PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Axar.az xəbər verir ki, şəhərin ayrı-ayrı nöqtələrində keçirilən əməliyyat zamanı 32 nəfər saxlanılıb. Axtarış zamanı 60 min türk lirəsi, 1 milyon 250 min lirəlik hesab dəftəri, xeyli vəsait və sənəd tapılıb. Saxlanılan şəxslər arasında HDP və BDP-nin ümumi xəzinədarı Zəki Çelik də var. Bu arada PKK-nın əsas maliyyə qaynağı olan neft qaçaqmalçılığına qarşı Mardin və Diyarbəkirdə əməliyyat təşkil olunub. Həmin ərazilərdən keçən BOTAŞ xəttindən 2 milyon 176 min 525 türk lirəsi həcmində neft oğurlayan 18 nəfərdən ibarət qrup zərərsizləşdirilib. Geri dön |