“Brizol” klinikasından ölüm xəbəri ilə bağlı - Açıqlama
Tarix: 21-01-2016, 11:57 | Çap et
“Brizol” klinikasından ölüm xəbəri ilə bağlı - Açıqlama
Bakının Nərimanov rayonunda yerləşən “Brizol” göz klinikası səhiyyə ocağında ölüm hadisəsinin baş verməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Göz Klinikasından AzVision.az-a verilən məlumatda deyilir ki, yayılan məlumatlar özündə heç bir həqiqəti əks etdirmir. Qəbul şöbəsindən bildirilib ki, klinikada bu günə kimi çox sayda azyaşlı əməliyyat olunub:

“Amma ölüm halının baş verməsi ilə bağlı yayılan məlumat doğru deyil. Bu məlumat necə yayılıb bilmirik. Hazırda Klinika özü bunu araşdırır. Nəticələr də ictimaiyyətə açıqlanacaq”- deyə Klinikadan bildirilib.

Qeyd edək ki, “Report” xəbər agentliyi “Brizol” göz klinikasında əməliyyat olunan Qusar rayon sakini, 5 yaşlı Yusif İbrahimov əməliyyat masasında ölməsi ilə bağlı məlumat dərc edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net