Ana Sayfa > Xəbər > “Brizol” klinikasından ölüm xəbəri ilə bağlı - Açıqlama
“Brizol” klinikasından ölüm xəbəri ilə bağlı - Açıqlama21-01-2016, 11:57. Yazar: admin |
Bakının Nərimanov rayonunda yerləşən “Brizol” göz klinikası səhiyyə ocağında ölüm hadisəsinin baş verməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. Göz Klinikasından AzVision.az-a verilən məlumatda deyilir ki, yayılan məlumatlar özündə heç bir həqiqəti əks etdirmir. Qəbul şöbəsindən bildirilib ki, klinikada bu günə kimi çox sayda azyaşlı əməliyyat olunub: “Amma ölüm halının baş verməsi ilə bağlı yayılan məlumat doğru deyil. Bu məlumat necə yayılıb bilmirik. Hazırda Klinika özü bunu araşdırır. Nəticələr də ictimaiyyətə açıqlanacaq”- deyə Klinikadan bildirilib. Qeyd edək ki, “Report” xəbər agentliyi “Brizol” göz klinikasında əməliyyat olunan Qusar rayon sakini, 5 yaşlı Yusif İbrahimov əməliyyat masasında ölməsi ilə bağlı məlumat dərc edib. Geri dön |