![PKK-dan qanlı hücum: 3 şəhid, 4 yaralı PKK-dan qanlı hücum: 3 şəhid, 4 yaralı](/uploads/posts/2016-01/thumbs/1453099037_v.jpg)
PKK Türkiyənin Şırnak vilayətinin İdil rayonunda hüquq mühafizə orqanlarına qarşı növbəti hücum təşkil edib.
Axar.az xəbər verir ki, terrorçular öncədən yola yerləşdirdikləri bombanı polis maşını keçən zaman partladıblar.
Partlayış nəticəsində 3-ü ağır olmaqla, 7 polis yaralanıb. Yaralı polislər dərhal xəstəxanaya aparılıb. Lakin ağır yaralanan 3 polisin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda rayonun küçələrində PKK ilə qarşıdurmalar davam edir.