Ana Sayfa > Xəbər > PKK-dan qanlı hücum: 3 şəhid, 4 yaralı

PKK-dan qanlı hücum: 3 şəhid, 4 yaralı


18-01-2016, 10:36. Yazar: admin
PKK-dan qanlı hücum: 3 şəhid, 4 yaralı
PKK Türkiyənin Şırnak vilayətinin İdil rayonunda hüquq mühafizə orqanlarına qarşı növbəti hücum təşkil edib.

Axar.az xəbər verir ki, terrorçular öncədən yola yerləşdirdikləri bombanı polis maşını keçən zaman partladıblar.

Partlayış nəticəsində 3-ü ağır olmaqla, 7 polis yaralanıb. Yaralı polislər dərhal xəstəxanaya aparılıb. Lakin ağır yaralanan 3 polisin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda rayonun küçələrində PKK ilə qarşıdurmalar davam edir.

Geri dön