Təhsil Nazirliyi tələbə qızın intiharını araşdırır
Tarix: 12-01-2016, 14:41 |
Çap et
“Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi Rumiyyə Qasımova ilə bağlı məsələ Təhsil Nazirliyinin müvafiq şöbəsi tərəfindən araşdırılır”.
Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. O qeyd edib ki, intihar hadisəsi ilə bağlı araşdırma aparılır və nəticələnən bilindikdən sonra mətbuata açıqlama veriləcək.
Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb. Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu "Azəri" hazırlıq kurslarında əlaçı abituriyent olub.
Tələbənin yaxınlarının və atasının Modern.az-a verdiyi məlumata görə, Universitetdən imtahanlara görə pul istənililib və verə bilmədiyi üçün imtahanlardan kəsilib.
Bundan təsirlənən tələbə qız intihar edib.