Ana Sayfa > Xəbər > Təhsil Nazirliyi tələbə qızın intiharını araşdırır
Təhsil Nazirliyi tələbə qızın intiharını araşdırır12-01-2016, 14:41. Yazar: admin |
![]() “Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi Rumiyyə Qasımova ilə bağlı məsələ Təhsil Nazirliyinin müvafiq şöbəsi tərəfindən araşdırılır”. Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. O qeyd edib ki, intihar hadisəsi ilə bağlı araşdırma aparılır və nəticələnən bilindikdən sonra mətbuata açıqlama veriləcək. Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb. Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu "Azəri" hazırlıq kurslarında əlaçı abituriyent olub. Tələbənin yaxınlarının və atasının Modern.az-a verdiyi məlumata görə, Universitetdən imtahanlara görə pul istənililib və verə bilmədiyi üçün imtahanlardan kəsilib. Bundan təsirlənən tələbə qız intihar edib. Geri dön |