“Neft şirkətlərinin çoxu 2017-ci ilə qədər müflis olacaq” - XƏBƏRDARLIQ
Tarix: 12-01-2016, 12:37 | Çap et
“Neft şirkətlərinin çoxu 2017-ci ilə qədər müflis olacaq” - XƏBƏRDARLIQ
Neftin qiymətlərinin kəskin bahalaşmayacağı halda 2017-ci ilin ortalarına qədər ABŞ-da neft şirkətlərinin 30%-i müflis olacaq. Modern.az xəbər verir ki, bu barədə “Wolf Research” analitik şirkətinin ekspertləri bildirib. Ekspertlərin fikrincə, 2017-ci ilin ortalarına qədər neftin 1 bareli 50 dollara qədər yüksələrsə, bəzi şirkətlər müflis olmaya bilər.

Dünyanın ən böyük 3 investisiya bankı – Morgan Stanley, Goldman Sachs və Citigroup yaxın aylarda neftin 20 dollara qədər ucuzlaşacağını proqnozlaşdırıb. Onların fikrincə, bu, Çində iqtisadi artım templərinin zəifləməsi və neft bazarındakı bolluqla bağlıdır.

AlixPartners konsaltinq şirkətinin məlumatına görə isə Amerikanın neft şirkətləri hər həftə 2 milyard dollar vəsait itirirlər. Ölkədə son aylarda 30 şirkət iflas edib və onların ümumi borcu 13 milyard dollara çatıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net