Ana Sayfa > Xəbər > “Neft şirkətlərinin çoxu 2017-ci ilə qədər müflis olacaq” - XƏBƏRDARLIQ
“Neft şirkətlərinin çoxu 2017-ci ilə qədər müflis olacaq” - XƏBƏRDARLIQ12-01-2016, 12:37. Yazar: admin |
![]() Neftin qiymətlərinin kəskin bahalaşmayacağı halda 2017-ci ilin ortalarına qədər ABŞ-da neft şirkətlərinin 30%-i müflis olacaq. Modern.az xəbər verir ki, bu barədə “Wolf Research” analitik şirkətinin ekspertləri bildirib. Ekspertlərin fikrincə, 2017-ci ilin ortalarına qədər neftin 1 bareli 50 dollara qədər yüksələrsə, bəzi şirkətlər müflis olmaya bilər. Dünyanın ən böyük 3 investisiya bankı – Morgan Stanley, Goldman Sachs və Citigroup yaxın aylarda neftin 20 dollara qədər ucuzlaşacağını proqnozlaşdırıb. Onların fikrincə, bu, Çində iqtisadi artım templərinin zəifləməsi və neft bazarındakı bolluqla bağlıdır. AlixPartners konsaltinq şirkətinin məlumatına görə isə Amerikanın neft şirkətləri hər həftə 2 milyard dollar vəsait itirirlər. Ölkədə son aylarda 30 şirkət iflas edib və onların ümumi borcu 13 milyard dollara çatıb. Geri dön |