“Dünyada yaşayan bütün azərbaycanlılar Azərbaycan dövlətinin bir fərdi olaraq çalışmalı, ermənilərin Azərbaycanda həyata keçirdiyi qətliamları dünyaya çatdırmalıdır”.
Belə bir açıqlama ilə çıxış edən İqdır-Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal SalamNews-a deyib ki, məhz bu fəaliyyətlər nəticəsində erməni yalanlarını bütün dünyada ifşa etmək olar: “Ermənilər lazım olan cavabı bir gün alacaqlar və Qarabağ işğaldan azad ediləcək”.
Sərdar Ünsal deyib ki, erməni propaqandası hər zaman Azərbaycanı hədəfə almaqdadır: “Biz hücuma keçməli, ermənilərin yalan, iftira üzərində qurduğu fəaliyyətləri darmadağın etməliyik. Xüsusilə, xarici ölkələrdə fəaliyyətimiz daha yüksək səviyyədə qurulmalıdır".

