Ana Sayfa > Xəbər > “Ermənilər lazım olan cavabı alacaqlar və Qarabağ işğaldan azad ediləcək”

“Ermənilər lazım olan cavabı alacaqlar və Qarabağ işğaldan azad ediləcək”


11-01-2016, 16:29. Yazar: admin
“Ermənilər lazım olan cavabı alacaqlar və Qarabağ işğaldan azad ediləcək”
“Dünyada yaşayan bütün azərbaycanlılar Azərbaycan dövlətinin bir fərdi olaraq çalışmalı, ermənilərin Azərbaycanda həyata keçirdiyi qətliamları dünyaya çatdırmalıdır”.

Belə bir açıqlama ilə çıxış edən İqdır-Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal SalamNews-a deyib ki, məhz bu fəaliyyətlər nəticəsində erməni yalanlarını bütün dünyada ifşa etmək olar: “Ermənilər lazım olan cavabı bir gün alacaqlar və Qarabağ işğaldan azad ediləcək”.

Sərdar Ünsal deyib ki, erməni propaqandası hər zaman Azərbaycanı hədəfə almaqdadır: “Biz hücuma keçməli, ermənilərin yalan, iftira üzərində qurduğu fəaliyyətləri darmadağın etməliyik. Xüsusilə, xarici ölkələrdə fəaliyyətimiz daha yüksək səviyyədə qurulmalıdır".

Geri dön