Devalvasiya: Qazaxıstan 65 şirkəti özəlləşdirir
Tarix: 6-01-2016, 16:56 | Çap et
Devalvasiya: Qazaxıstan 65 şirkəti özəlləşdirir
Qazaxıstan hakimiyyəti 65 dövlət şirkətinin özəlləşdirilməsinə icazə verib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Özəlləşdiriləcək şirkətlər daha çox metallurgiya, neft-qaz, telekommunikasiya, dəmiryolları və aviasiya sahəsinə aiddirlər.

Bu siyahıda həmçinin “Eyr Astana”, “Kaymunqaz”, ERG kimi məşhur şirkətlər də var. Sonuncu şirkətin səhmləri qazaxıstanlı milyarderlər Aleksandr Maşkeviçə, Əlican İbrahimova, Patox Şodiyevə məxsus olub. Rəsmi Astana burada səhmlərin 40%-nə sahibdir.

Agentlik ölkədə dövlət şirkətlərinin özəlləşdirilməsini milli valyuta olan təngənin 45% ucuzlaşması və neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net