Ana Sayfa > Xəbər > Devalvasiya: Qazaxıstan 65 şirkəti özəlləşdirir
Devalvasiya: Qazaxıstan 65 şirkəti özəlləşdirir6-01-2016, 16:56. Yazar: admin |
![]() Qazaxıstan hakimiyyəti 65 dövlət şirkətinin özəlləşdirilməsinə icazə verib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Özəlləşdiriləcək şirkətlər daha çox metallurgiya, neft-qaz, telekommunikasiya, dəmiryolları və aviasiya sahəsinə aiddirlər. Bu siyahıda həmçinin “Eyr Astana”, “Kaymunqaz”, ERG kimi məşhur şirkətlər də var. Sonuncu şirkətin səhmləri qazaxıstanlı milyarderlər Aleksandr Maşkeviçə, Əlican İbrahimova, Patox Şodiyevə məxsus olub. Rəsmi Astana burada səhmlərin 40%-nə sahibdir. Agentlik ölkədə dövlət şirkətlərinin özəlləşdirilməsini milli valyuta olan təngənin 45% ucuzlaşması və neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirib. Geri dön |