![Həbsdəki 14 nardaranlı yanvarın 15-dək azad ediləcək Həbsdəki 14 nardaranlı yanvarın 15-dək azad ediləcək](/uploads/posts/2016-01/thumbs/1452082200_v.jpg)
Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 14 nardaranlı saxlanılır.
Bu barədə məlumatı Cebhe.info-ya Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.
Onun sözlərinə görə, saxlanılan nardaranlılara 15 və 30 sutkalıq inzibati qaydada həbs qəti imkan tədbiri seçilmişdi.
Saxlanılanların vaxtı bitdikcə azadlığa buraxılırlar: “Bildiyim qədər, sabah bir neçə nəfərin 30 sutkalıq inzibati qaydada həbs müddəti bitdiyindən azadlığa çıxacaq. Hazırda 14 nəfər nardaranlı müvəqqəti saxlanma məntəqəsindədir. Onların da yanvarın 15-nə qədər azad olunacağı gözlənilir”.