Ana Sayfa > Xəbər > Həbsdəki 14 nardaranlı yanvarın 15-dək azad ediləcək

Həbsdəki 14 nardaranlı yanvarın 15-dək azad ediləcək


6-01-2016, 16:08. Yazar: admin
Həbsdəki 14 nardaranlı yanvarın 15-dək azad ediləcək
Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 14 nardaranlı saxlanılır.

Bu barədə məlumatı Cebhe.info-ya Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

Onun sözlərinə görə, saxlanılan nardaranlılara 15 və 30 sutkalıq inzibati qaydada həbs qəti imkan tədbiri seçilmişdi.

Saxlanılanların vaxtı bitdikcə azadlığa buraxılırlar: “Bildiyim qədər, sabah bir neçə nəfərin 30 sutkalıq inzibati qaydada həbs müddəti bitdiyindən azadlığa çıxacaq. Hazırda 14 nəfər nardaranlı müvəqqəti saxlanma məntəqəsindədir. Onların da yanvarın 15-nə qədər azad olunacağı gözlənilir”.

Geri dön