![Rusiya bu Azərbaycan vətəndaşını axtarışa verdi Rusiya bu Azərbaycan vətəndaşını axtarışa verdi](/uploads/posts/2015-12/1451026329_vv.jpg)
Rusiya Daxili İşlər Nazirliyinin Komsomolski üzrə Nəqliyyatda Xətt şöbəsi istintaq orqanlarından qaçan, Azərbaycanın Zərdab rayonunun Məlikli kəndindən olan 11.08.1971-ci il təvəllüdlü Adilov Mahir Rafail oğlunu axtarışa verib.
"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.
Onun əlamətləri: boyu təqribən 170 sm; orta bədən quruluşlu; üz quruluşu oval; gözləri qara; saçı qısa, düz.
![Rusiya bu Azərbaycan vətəndaşını axtarışa verdi Rusiya bu Azərbaycan vətəndaşını axtarışa verdi](/uploads/posts/2015-12/1451026260_v.jpg)