Ana Sayfa > Xəbər > Rusiya bu Azərbaycan vətəndaşını axtarışa verdi
Rusiya bu Azərbaycan vətəndaşını axtarışa verdi25-12-2015, 10:51. Yazar: admin |
![]() Rusiya Daxili İşlər Nazirliyinin Komsomolski üzrə Nəqliyyatda Xətt şöbəsi istintaq orqanlarından qaçan, Azərbaycanın Zərdab rayonunun Məlikli kəndindən olan 11.08.1971-ci il təvəllüdlü Adilov Mahir Rafail oğlunu axtarışa verib. "Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir. Onun əlamətləri: boyu təqribən 170 sm; orta bədən quruluşlu; üz quruluşu oval; gözləri qara; saçı qısa, düz. ![]() Geri dön |