Xınalıq yolunda uçqun: 6 kəndlə əlaqə kəsildi
Tarix: 22-12-2015, 16:32 |
Çap et
Quba-Xınalıq yolunda qar uçqunu olub.
Axar.az-ın məlumatına görə, yolda avtomobillərin hərəkəti məhdudlaşıb.
Qar uçqunu yolun 36 və 37-ci kilometrliyində qeydə alınıb. Əraziyə Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir.
“Region TV” xəbər yayıb ki, həmin istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-5 metrə çatır.