Ana Sayfa > Xəbər > Xınalıq yolunda uçqun: 6 kəndlə əlaqə kəsildi
Xınalıq yolunda uçqun: 6 kəndlə əlaqə kəsildi22-12-2015, 16:32. Yazar: admin |
Quba-Xınalıq yolunda qar uçqunu olub. Axar.az-ın məlumatına görə, yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Qar uçqunu yolun 36 və 37-ci kilometrliyində qeydə alınıb. Əraziyə Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası cəlb olunub. Yolda hərəkətin bərpası üçün işlər davam etdirilir. “Region TV” xəbər yayıb ki, həmin istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-5 metrə çatır. Geri dön |