![Həsən Ruhani ilk dəfə Avropaya səfər edəcək Həsən Ruhani ilk dəfə Avropaya səfər edəcək](/uploads/posts/2015-12/1450776646_v.jpg)
İran prezidenti Həsən Ruhani 2016-cı ilin yanvarında ilk dəfə Avropaya səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə İranın “Mehr” informasiya agentliyi məlumat yayıb.
H. Ruhani yanvarın 25-də İtaliyaya, 27-də isə Fransaya səfər edəcək.
Qeyd edək ki, İran prezidentinin bu ilin noyabrında Fransaya səfər edəcəyi gözlənilirdi. Lakin Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hadisələri ilə əlaqədar səfər təxirə salınmışdı.