Ana Sayfa > Xəbər > Həsən Ruhani ilk dəfə Avropaya səfər edəcək

Həsən Ruhani ilk dəfə Avropaya səfər edəcək


22-12-2015, 13:29. Yazar: admin
Həsən Ruhani ilk dəfə Avropaya səfər edəcək
İran prezidenti Həsən Ruhani 2016-cı ilin yanvarında ilk dəfə Avropaya səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə İranın “Mehr” informasiya agentliyi məlumat yayıb.

H. Ruhani yanvarın 25-də İtaliyaya, 27-də isə Fransaya səfər edəcək.

Qeyd edək ki, İran prezidentinin bu ilin noyabrında Fransaya səfər edəcəyi gözlənilirdi. Lakin Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hadisələri ilə əlaqədar səfər təxirə salınmışdı.

Geri dön