`İşdən çıxarılmamışam...` - SOCAR-ın mətbuat katibi
Tarix: 22-12-2015, 12:37 |
Çap et
ARDNŞ-in (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
AzVision.az-a açıqlama verən mətbuat katibi hazırda iş başında olduğunu, işdən çıxması haqda məlumatın yalnış olduğunu bildirib.
SOCAR sözçüsü qeyd edib ki, onun yerinə keçdiyi iddia olunan İbrahim Əhmədov müşavir təyin olunub: “Onun mənim işimə heç bir aidiyyatı yoxdur. Mən öz vəzifəmdə qalmışam və hazırda iş başındayam”- deyə N.Quliyev vurğulayıb.
Qeyd edək ki, İbrahim Əhmədov bundan əvvəl SOCAR-ın Almaniya ofisində çalışıb. Elmi araşdırmalar müəllifidir. Bir neçə dil bilir.