Ana Sayfa > Xəbər > `İşdən çıxarılmamışam...` - SOCAR-ın mətbuat katibi

`İşdən çıxarılmamışam...` - SOCAR-ın mətbuat katibi


22-12-2015, 12:37. Yazar: admin
`İşdən çıxarılmamışam...` - SOCAR-ın mətbuat katibi
ARDNŞ-in (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

AzVision.az-a açıqlama verən mətbuat katibi hazırda iş başında olduğunu, işdən çıxması haqda məlumatın yalnış olduğunu bildirib.

SOCAR sözçüsü qeyd edib ki, onun yerinə keçdiyi iddia olunan İbrahim Əhmədov müşavir təyin olunub: “Onun mənim işimə heç bir aidiyyatı yoxdur. Mən öz vəzifəmdə qalmışam və hazırda iş başındayam”- deyə N.Quliyev vurğulayıb.

Qeyd edək ki, İbrahim Əhmədov bundan əvvəl SOCAR-ın Almaniya ofisində çalışıb. Elmi araşdırmalar müəllifidir. Bir neçə dil bilir.

Geri dön