Cahangir Hacıyevin sabiq klubuna yeni rəhbərlik gəlir
Tarix: 22-12-2015, 10:33 | Çap et
Cahangir Hacıyevin sabiq klubuna yeni rəhbərlik gəlir
Həbsdə olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin fəxri prezidenti olduğu "İnter" klubuna yeni rəhbərlik təyin edilir.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, klubun baş sponsoru olan Beynəlxalq Bank bu həftə komandaya yeni prezident təyin edəcək. Bunun üçün iyulda Beynəlxalq Bankın hazırkı İdarə Heyətinin sədri seçilmiş Elmar Məmmədov klubun bolqarıstanlı prezidenti Georgi Nikolovu işindən azad etməyi düşünür. Onsuz da onun müqaviləsi bu ay başa çatır və yeni müqavilənin imzalanmayacağı ehtimal edilir. Yeni prezidentin Beynəlxalq Bankda çalışan əməkdaşlardan birinin olacağı gözlənilir.

Artıq komandanın noyabr ayının maaşları da dekabrın 19-da, yəni "Xəzər Lənkəran"la matçdan 1 gün əvvəl verilib. Eləcə də hücumçu Limam Seydiyə 3 aylıq verilməmiş maaş (sentyabr, oktyabr və noyabr) Beynəlxalq Bankda yeni açılmış hesabına köçürülüb.

Qeyd edək ki, yeni rəhbərliyin gəlişindən sonra "İnter" borclu olduğu sabiq futbolçularına 3 ayın (mart, aprel və may) maaşlarını verməyə çalışacaq. Üstəlik, komandanın gələcək planları müzakirə olunacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net