Ana Sayfa > Xəbər > Cahangir Hacıyevin sabiq klubuna yeni rəhbərlik gəlir
Cahangir Hacıyevin sabiq klubuna yeni rəhbərlik gəlir22-12-2015, 10:33. Yazar: admin |
Həbsdə olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin fəxri prezidenti olduğu "İnter" klubuna yeni rəhbərlik təyin edilir. Qaynar.info-nun əldə etdiyi məlumata görə, klubun baş sponsoru olan Beynəlxalq Bank bu həftə komandaya yeni prezident təyin edəcək. Bunun üçün iyulda Beynəlxalq Bankın hazırkı İdarə Heyətinin sədri seçilmiş Elmar Məmmədov klubun bolqarıstanlı prezidenti Georgi Nikolovu işindən azad etməyi düşünür. Onsuz da onun müqaviləsi bu ay başa çatır və yeni müqavilənin imzalanmayacağı ehtimal edilir. Yeni prezidentin Beynəlxalq Bankda çalışan əməkdaşlardan birinin olacağı gözlənilir. Artıq komandanın noyabr ayının maaşları da dekabrın 19-da, yəni "Xəzər Lənkəran"la matçdan 1 gün əvvəl verilib. Eləcə də hücumçu Limam Seydiyə 3 aylıq verilməmiş maaş (sentyabr, oktyabr və noyabr) Beynəlxalq Bankda yeni açılmış hesabına köçürülüb. Qeyd edək ki, yeni rəhbərliyin gəlişindən sonra "İnter" borclu olduğu sabiq futbolçularına 3 ayın (mart, aprel və may) maaşlarını verməyə çalışacaq. Üstəlik, komandanın gələcək planları müzakirə olunacaq. Geri dön |