![Əfqanıstanda NATO əsgərlərinə hücum edilib Əfqanıstanda NATO əsgərlərinə hücum edilib](/uploads/posts/2015-12/1450704627_v.jpg)
Əfqanıstandakı NATO-bazasına hücum edilib.
Ölümə gedən intiharçı motosikleti Bagram hava bazasının ətrafında patrul xidmətinin üstünə sürərək özünü partladıb.
Nəticədə bir neçə əsgər həlak olub.
Bu barədə dekabrın 21-də yerli rəsmilər xəbər verir.
Bu baza paytaxt Kabilinin 45 kilometrliyində yerləşir.
Associated-Press agentliyi 3, Reuters isə 5 NATO əsgərinin həlak olduğunu xəbər verir.
Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.
Məlumatı NATO-da təsdiqləyib, amma əlavə detallar barədə məlumat vermir.
Bundan bir həftə əvvəl Qəndəhardakı hərbi-hava bazasına hücum edilmişdi.
Son vaxtlar Talibanın Əfqanıstanda fəallaşdığı müşahidə olunur.