Ana Sayfa > Xəbər > Əfqanıstanda NATO əsgərlərinə hücum edilib
Əfqanıstanda NATO əsgərlərinə hücum edilib21-12-2015, 17:29. Yazar: admin |
![]() Əfqanıstandakı NATO-bazasına hücum edilib. Ölümə gedən intiharçı motosikleti Bagram hava bazasının ətrafında patrul xidmətinin üstünə sürərək özünü partladıb. Nəticədə bir neçə əsgər həlak olub. Bu barədə dekabrın 21-də yerli rəsmilər xəbər verir. Bu baza paytaxt Kabilinin 45 kilometrliyində yerləşir. Associated-Press agentliyi 3, Reuters isə 5 NATO əsgərinin həlak olduğunu xəbər verir. Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb. Məlumatı NATO-da təsdiqləyib, amma əlavə detallar barədə məlumat vermir. Bundan bir həftə əvvəl Qəndəhardakı hərbi-hava bazasına hücum edilmişdi. Son vaxtlar Talibanın Əfqanıstanda fəallaşdığı müşahidə olunur. Geri dön |