!["Barəmdə neqativ danışan şou əhlinə..." - Roza "Barəmdə neqativ danışan şou əhlinə..." - Roza](/uploads/posts/2015-12/thumbs/1450428229_v.jpg)
Müğənni Roza Zərgərliyə Türkiyədən təklif gəlib.
Axşam.az-ın məlumatına görə, sənətçi böyük bir layihədə iştirak edəcəyini bildirib:
“Son günlər bütün diqqətimi yaradıcılığıma yönəltmişəm. Barəmdə neqativ danışan bəzi şou əhlinə isə əhəmiyyət vermək, vaxtımı ayırmaq niyyətində deyiləm. Türkiyədən sürpriz təklif almışam. Artıq onu dəyərləndirmişəm. Bu layihəni 2016-cı ildə görəcəksiniz”.
R.Zərgərli yeni saytının işıq üzü görəcəyini də bildirib:
“İşlərim bununla bitmir. Öz adımı daşıyan saytımı yeni dizaynda təqdim edəcəyəm. Eyni zamanda yeni mahnım da işıq üzü görəcək".