Ana Sayfa > Xəbər > "Barəmdə neqativ danışan şou əhlinə..." - Roza
"Barəmdə neqativ danışan şou əhlinə..." - Roza18-12-2015, 12:42. Yazar: admin |
![]() Müğənni Roza Zərgərliyə Türkiyədən təklif gəlib. Axşam.az-ın məlumatına görə, sənətçi böyük bir layihədə iştirak edəcəyini bildirib: “Son günlər bütün diqqətimi yaradıcılığıma yönəltmişəm. Barəmdə neqativ danışan bəzi şou əhlinə isə əhəmiyyət vermək, vaxtımı ayırmaq niyyətində deyiləm. Türkiyədən sürpriz təklif almışam. Artıq onu dəyərləndirmişəm. Bu layihəni 2016-cı ildə görəcəksiniz”. R.Zərgərli yeni saytının işıq üzü görəcəyini də bildirib: “İşlərim bununla bitmir. Öz adımı daşıyan saytımı yeni dizaynda təqdim edəcəyəm. Eyni zamanda yeni mahnım da işıq üzü görəcək". Geri dön |