Nardarandakı məscidlərin dövlət qeydiyyatına alınması üçün qəsəbə sakinləri tərəfindən müraciət hazırlanır.
Bu barədə AzVision.az-a Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri qeyd edib ki, nardaranlılar nə vaxt müraciət etsələr, məscidlərin qeydiyyata alınması məsələsinə baxılacaq: “Dini icmalar və məscidlər mütləq qeydiyyata alınmalıdır.Hazırda bu istiqamətdə işlər gedir”.
M.Qurbanlı vurğulayıb ki, Nardaranla bağlı Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşən bütün işlərin icrası davam etdirilir.

