Ana Sayfa > Xəbər > `Nardaranlılar nə vaxt müraciət etsələr...` - Mübariz Qurbanlı

`Nardaranlılar nə vaxt müraciət etsələr...` - Mübariz Qurbanlı


16-12-2015, 15:10. Yazar: admin
`Nardaranlılar nə vaxt müraciət etsələr...` - Mübariz Qurbanlı
Nardarandakı məscidlərin dövlət qeydiyyatına alınması üçün qəsəbə sakinləri tərəfindən müraciət hazırlanır.

Bu barədə AzVision.az-a Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, nardaranlılar nə vaxt müraciət etsələr, məscidlərin qeydiyyata alınması məsələsinə baxılacaq: “Dini icmalar və məscidlər mütləq qeydiyyata alınmalıdır.Hazırda bu istiqamətdə işlər gedir”.

M.Qurbanlı vurğulayıb ki, Nardaranla bağlı Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşən bütün işlərin icrası davam etdirilir.

Geri dön