Putin Konstitusiya Məhkəməsinə beynəlxalq instansiyaların qərarlarını inkar etməyə icazə verib
Tarix: 15-12-2015, 13:32 | Çap et
Putin Konstitusiya Məhkəməsinə beynəlxalq instansiyaların qərarlarını inkar etməyə icazə verib
Rusiya prezidenti Vladimir Putin Konstitusiya Məhkəməsinə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanun imzalayıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra Rusiya Konstitusiya Məhkəməsi prezident, hökumət və yaxud yerli məhkəmələrin sorğuları əsasında hər hansı beynəlxalq instansiyanın, o cümlədən Avropa İnsan Haqlar Məhkəməsinin qərarlarının icra edilib-edilməməsi barədə qərar verə bilər.

Rusiya Konstitusiya Məhkəməsindən RBC-ya bildiriblər ki, Beynəlxalq instansiyaların qərarları Rusiya Konstitusiyasının müvafiq müddəalarına uyğun gəlmədiyi halda icra olunmaya bilər.

Qeyd edək ki, Putinin imzaladığı sənəd dekabrın 4-də Dövlət Dumasında üçüncü oxunuşda qəbul olunub, dekabrın 9-da isə Federasiya Şurasından keçib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net