Ana Sayfa > Xəbər > Putin Konstitusiya Məhkəməsinə beynəlxalq instansiyaların qərarlarını inkar etməyə icazə verib
Putin Konstitusiya Məhkəməsinə beynəlxalq instansiyaların qərarlarını inkar etməyə icazə verib15-12-2015, 13:32. Yazar: admin |
![]() Rusiya prezidenti Vladimir Putin Konstitusiya Məhkəməsinə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanun imzalayıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra Rusiya Konstitusiya Məhkəməsi prezident, hökumət və yaxud yerli məhkəmələrin sorğuları əsasında hər hansı beynəlxalq instansiyanın, o cümlədən Avropa İnsan Haqlar Məhkəməsinin qərarlarının icra edilib-edilməməsi barədə qərar verə bilər. Rusiya Konstitusiya Məhkəməsindən RBC-ya bildiriblər ki, Beynəlxalq instansiyaların qərarları Rusiya Konstitusiyasının müvafiq müddəalarına uyğun gəlmədiyi halda icra olunmaya bilər. Qeyd edək ki, Putinin imzaladığı sənəd dekabrın 4-də Dövlət Dumasında üçüncü oxunuşda qəbul olunub, dekabrın 9-da isə Federasiya Şurasından keçib. Geri dön |