Masallıda saxta əskinasla benzin almaq istəyən şəxs tutulub
Tarix: 15-12-2015, 13:00 | Çap et
Masallıda saxta əskinasla benzin almaq istəyən şəxs tutulub
Masallıda saxta əskinas satan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də Masallı rayonunun Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsində “VAZ-2106” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib.

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net