Ana Sayfa > Xəbər > Masallıda saxta əskinasla benzin almaq istəyən şəxs tutulub
Masallıda saxta əskinasla benzin almaq istəyən şəxs tutulub15-12-2015, 13:00. Yazar: admin |
![]() Masallıda saxta əskinas satan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də Masallı rayonunun Sərçuvar kəndindəki yanacaqdoldurma məntəqəsində “VAZ-2106” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində ödədiyi 1 ədəd 100 manatlıq əskinasın saxta olması müəyyən edilib. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinası vermiş Cəlilabad rayon sakini Aqil Bəşirov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb. Geri dön |