![Rusiya Türkiyəyə görə BMT-yə müraciət edə bilər Rusiya Türkiyəyə görə BMT-yə müraciət edə bilər](/uploads/posts/2015-12/thumbs/1450098515_v.jpg)
Rusiya Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin söyləyib. Onun sözlərinə görə, hələlik Moskva bu addımın atılması ilə bağlı heç bir qərar qəbul etməyib.
Qeyd edək ki, Rusiya Türkiyəni İŞİD-dən neft almaqda günahlandırır. Moskvanın fikrincə, məhz Türkiyənin dəstəyi ilə İŞİD nefti dünya bazarlarına ötürülür.