Ana Sayfa > Xəbər > Rusiya Türkiyəyə görə BMT-yə müraciət edə bilər

Rusiya Türkiyəyə görə BMT-yə müraciət edə bilər


14-12-2015, 17:08. Yazar: admin
Rusiya Türkiyəyə görə BMT-yə müraciət edə bilər
Rusiya Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin söyləyib. Onun sözlərinə görə, hələlik Moskva bu addımın atılması ilə bağlı heç bir qərar qəbul etməyib.

Qeyd edək ki, Rusiya Türkiyəni İŞİD-dən neft almaqda günahlandırır. Moskvanın fikrincə, məhz Türkiyənin dəstəyi ilə İŞİD nefti dünya bazarlarına ötürülür.

Geri dön