Rəşad Məmmədov həbs müddətinin uzadılmasından apelyasiya şikayəti verdi
Tarix: 14-12-2015, 16:22 | Çap et
Rəşad Məmmədov həbs müddətinin uzadılmasından apelyasiya şikayəti verdi
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədov Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından apelyasiya şikayəti verib. Bu barədə Trend-ə R.Məmmədovun vəkili Akif Əlizadə məlumat verib.

Onun sözlərinə görə, məhkəmə qərarından hazırlanmış apelyasiya şikayəti bu gün məhkəməyə təqdim olunub.

Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.

R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net