Ana Sayfa > Xəbər > Rəşad Məmmədov həbs müddətinin uzadılmasından apelyasiya şikayəti verdi
Rəşad Məmmədov həbs müddətinin uzadılmasından apelyasiya şikayəti verdi14-12-2015, 16:22. Yazar: admin |
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədov Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından apelyasiya şikayəti verib. Bu barədə Trend-ə R.Məmmədovun vəkili Akif Əlizadə məlumat verib. Onun sözlərinə görə, məhkəmə qərarından hazırlanmış apelyasiya şikayəti bu gün məhkəməyə təqdim olunub. Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır. Geri dön |