Ərəbistanın yüksək vəzifəli zabiti öldürüldü
Tarix: 14-12-2015, 09:59 | Çap et
Ərəbistanın yüksək vəzifəli zabiti öldürüldü
Səudiyyə Ərəbistanının xüsusi təyinatlılarının komandiri Abdullah Sehyan Yəməndə Husilər (Ənsarullah Hərəkatı) tərəfindən öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi”nə Yəmən hökumətinin rəsmiləri deyib.

Məlumata görə, Sehyan Yəmənin cənub-qərbində yerləşən Zubaba şəhərində raket hücumu nəticəsində öldürülüb.

Ər-Riyad hələlik məsələ ilə əlaqədar rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri Husilərin Yəməndə irəliləyişini dayandırmaq məqsədi ilə bu ilin martından etibarən əməliyyatlar təşkil edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net