Ana Sayfa > Xəbər > Ərəbistanın yüksək vəzifəli zabiti öldürüldü
Ərəbistanın yüksək vəzifəli zabiti öldürüldü14-12-2015, 09:59. Yazar: admin |
|
Səudiyyə Ərəbistanının xüsusi təyinatlılarının komandiri Abdullah Sehyan Yəməndə Husilər (Ənsarullah Hərəkatı) tərəfindən öldürülüb. Axar.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi”nə Yəmən hökumətinin rəsmiləri deyib. Məlumata görə, Sehyan Yəmənin cənub-qərbində yerləşən Zubaba şəhərində raket hücumu nəticəsində öldürülüb. Ər-Riyad hələlik məsələ ilə əlaqədar rəsmi açıqlama yaymayıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri Husilərin Yəməndə irəliləyişini dayandırmaq məqsədi ilə bu ilin martından etibarən əməliyyatlar təşkil edir. Geri dön |