![Bakıda maşın qarajla birlikdə yanıb Bakıda maşın qarajla birlikdə yanıb](/uploads/posts/2015-12/thumbs/1450070875_v.jpg)
Bakının Yasamal rayonunda yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, vətəndaşa məxsus, ümumi sahəsi 15 kv.m dəmir qarajın içərisində "HYUNDAI" markalı minik avtomobilinin yanar hissələri və 2 kv.m sahədə məişət tullantıları yanıb.
Yüksək temperaturdan qaraj deformasiyaya uğrayıb. Yaxınlıqdakı qarajlar yanğından mühafizə olunub. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.