Ana Sayfa > Xəbər > Bakıda maşın qarajla birlikdə yanıb
Bakıda maşın qarajla birlikdə yanıb14-12-2015, 09:27. Yazar: admin |
![]() Bakının Yasamal rayonunda yanğın baş verib. AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, vətəndaşa məxsus, ümumi sahəsi 15 kv.m dəmir qarajın içərisində "HYUNDAI" markalı minik avtomobilinin yanar hissələri və 2 kv.m sahədə məişət tullantıları yanıb. Yüksək temperaturdan qaraj deformasiyaya uğrayıb. Yaxınlıqdakı qarajlar yanğından mühafizə olunub. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Geri dön |