Medvedev Ukraynanı sərt tənqid etdi - “Donuzluq edirlər”
Tarix: 9-12-2015, 15:42 |
Çap et
Rusiyanın baş naziri Dmitri Medvedev rusiyalı jurnalistlərə geniş açıqlama verib.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Medvedev Ukrayanın Krıma verilən elektrik enerjisini kəsməsini “donuzluq” adlandırıb və belə halların genosidə apardığını deyib:
“Bunu belə adlandırmaq olar - donuzluq. Buna başqa ad vermək mümkün deyil”.
Noyabrın 22-də Ukraynadan Krıma gedən 2 yüksək gərginlikli xəttin partladılması nəticəsində yarımada işıqsız qalıb. Dekabrın 2-də Krıma səfər edən Rusiya prezidenti Vladimir Putin Krasnodar diyarından bölgəyə əlavə elektrik enerjsinin verilməsi barədə göstəriş verib.